BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, doqquz ölkənin iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı icra edilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.

Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.
İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi üç mərhələdən ibarətdir.

Tarix: 27 Avqust 2021, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin