BURADA REKLAMINIZ OLA
BİLƏR

Tokio-2020: Azərbaycanın daha 3 paracüdoçusu qızıl medal qazandı

Tokio-2020 Yay Paralimpiya Oyunları davam edir.

Pravda.az-ın məlumatına görə, bu gün paracüdo yığmamızın üç təmsilçisi tatami üzərinə çıxıb.

“Neftçi İdman Klubu”nun yetirməsi olan hər üç idmançı yarışa 1/4 finaldan başlayıb və çıxışını qələbə ilə başa vurub. Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhimli (81 kq) bütün rəqiblərinə qalib gələrək Paralimpiya çempionu tituluna yiyələniblər.

Bununla da millimizin aktivindəki medalların sayı 8-ə çatıb. Onlardan 6-sı qızıl, 2-si bürünc mükafatdır.

Tarix: 28 Avqust 2021, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin