Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançıları ilə bağlı paylaşım edib.
İlham Əliyev Azərbaycan paralimpiyaçılarının qələbəsi münasibətilə növbəti paylaşım etdi
Pravda.az xəbər verir ki, dövlət başçısının tviter hesabında bununla bağlı paylaşımında deyilir:
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"