İndi bəzi valideynlərinin dilindən tez-tez belə suallar eşidilir. Görəsən, məktəbli formaların və ləvazimatların qiymətlərində dəyişiklik varmı? Məktəblilər ötən ilin formasını geyinə bilərlər?
Sentyabrın 15-dən yeni tədris ili başlayır. Avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahının təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, sentyabrın 15-dən dərslərin bərpa olunması planlaşdırılır ( 2019-cu il martın 3-dən müəyyən istisnalarla Azərbaycanda tədris koronavirusla bağlı onlayn keçirilib). Lakin o həmçinin qeyd edib ki, sentyabrın əvvəli yoluxma sayına baxaraq bu mövzu müzakirə edilə bilər.
Dərslər ənənəvi qaydada başlanarsa məktəbli formalarının və məktəb ləvazimatlarının satışı geniş şəkildə təşkil olunacaq.
İndi bəzi valideynlərinin dilindən tez-tez belə suallar eşidilir. Görəsən, məktəbli formaların və ləvazimatların qiymətlərində dəyişiklik varmı? Məktəblilər ötən ilin formasını geyinə bilərlər?
“Məktəbli formalarının qiymətlərində dəyişiklik yoxdur”
Bakı Tikiş Fabriki-ndən “Turan” Agentliyinə bildirilib ki, məktəbli formalarının qiymətlərində hər hansı dəyişiklik yoxdur:
«2010-cu ildən məktəbli formaları hazırlanır və tikiş üçün materiallar Türkiyədən alınır. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. Tələbata uyğun olaraq kifayət qədər məktəbli forması hazırlanıb. 1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır».
“Geyim təsvirləri hələ təsdiqlənmədiyindən...”
Təhsil Nazirliyindən isə agentliyə deyilib ki, yeni vahid məktəbli forması üçün geyim təsvirləri hələ təsdiqlənmədiyindən şagirdlər 2021-2022-ci tədris ilində əvvəl geyindikləri formanı geyinə bilərlər.