“Nazirlər partiyalara külli miqdarda vəsait ayırırdılar (1990-cı ilin sonlarını 2000-ci ilin əvvələrini nəzərdə tutur-red). O vaxt ortada 3 partiya vardı, maliyyələşirdilər”.
Pravda.az-ın xəbərinə görə, bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Ə.Əliyev həmin partiyaların adlarını da açıqlayıb: “Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Müsavat Partiyasına və Azərbaycan Milli İstiqlal Partiyasına müxtəlif formalarda yardımlar edilirdi. Sonralar isə bu praktika aradan qaldırıldı, onların fəaliyyəti məhdudlaşdırıldı”.