BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tokio-2020”də bürünc qazanan pauerliftinqçimiz Vətənə qayıtdı

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan pauerliftinqçimiz Pərvin Məmmədov avqustun 29-da Vətənə qayıdıb.

Pravda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və paralimpiyaçının yaxınları iştirak ediblər.

P.Məmmədov bürünc medal qazanmaqla ölkə idmanı tarixinə düşüb. İyirmi altı yaşlı idmançının qazandığı bürünc medal Paralimpiadada pauerliftinq üzrə ilk medalımız olub. Bununla da Azərbaycan komandasının paralimpiadalarda medal qazandığı növlərin sayı beşə yüksəlib. İdmançılarımız indiyədək güllə atıcılığı, cüdo, atletika və üzgüçülük növlərində fərqləniblər.

Qeyd edək ki, Gündüz İsmayılov “Sidney-2000”in pauerliftinq yarışlarında 90 kiloqram çəki dərəcəsi üzrə qalib olsa da, qanında dopinq aşkarlandığı üçün nəticəsi ləğv olunmuşdu.

Hazırda Azərbaycan komandasının hesabında 8 qızıl və 2 bürünc medal var.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Tarix: 29 Avqust 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin