Azərbaycanın daha iki təmsilçisi bu gün Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.
Pravda.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, Raman Saleh 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 4-cü olub.
Pauerliftinqçi Nurlan Babacanov (97 kq) isə 185 kq nəticə ilə 7-ci yer yeri tuta bilib.
Qeyd edək ki, Raman Saleh daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.
Tokio-2020: Raman Saleh 4-cü, Nurlan Babacanov 7-ci yeri tutdu