Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tankçılar avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.