BURADA REKLAMINIZ OLA
BİLƏR

Çindən Türkiyəyə təxliyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmayıb

Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

 

“Çindən Türkiyəyə təxliyə edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları hazırda karantin altındadırlar. Hazırkı məlumata əsasən, onların heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilən şəxslər hələ də həkim nəzarətindədirlər”, - deyə F. C. Yazqan qeyd edib.

 

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 sərnişin təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.APA

Tarix: 3 Fevral 2020, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin