Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Prezident İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər ciddi işlər qısa vaxt ərzində reallaşdırılır” - RƏY

993
Paylaş:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər ciddi işlər qısa vaxt ərzində reallaşdırılır” -       RƏY

"Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə bu günlərdə, yəni Ermənistanın təxribatlarının artdığı bir dövrdə işğaldan azad edilən ərazilərə səfərə getməsi əsl örnəkdir. Şuşa şəhərinə növbəti səfər sübut edir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli və Şuşaya səfəri barədə danışarkən deyib.

Deputat bildirib ki, növbəti Şuşa səfəri əlamətdar hadisələrlə yadda qalıb: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində dünya erməni faşizminə qalib gəlib. Uzun illər erməni işğalında qalmış Azərbaycan torpaqları azad edilib. Müharibənin başa çatmasından cəmi 9 ay keçməsinə baxmayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfərə gediblər. Eynilə, ötən gün də Prezident xanımı ilə birgə Füzuli beynəlxalq aeroportuna və Şuşa şəhərinə gedib. Şuşa şəhərindəki növbəti səfər sübut edir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Şahidi olduq ki, Azərbaycanın mədəniyyət paytaxtında, doğrudan da, ölkəmizin mədəni və tarixi irsi qorunur. Misal üçün, Molla Pənah Vaqifin məqbərəsinin yenidən qurulması bunun təsdiqidir. Prezident və Birinci xanım ölkə mədəniyyətinin qorunması istiqamətində kifayət qədər ciddi işləri qısa vaxt ərzində reallaşdırırlar. Bu, qürurverici haldır. Bütün dünya görür ki, həmin ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və orada ölkəmizin görkəmli mədəniyyət xadimləri yaşayıb-yaradıblar. Şükürlər olsun ki, erməni işğalı zamanı dağıdılan tarixi abidələr indi də yenidən bərpa edilir. Şuşada, həmçinin yaşayış massivinin salındığının da şahidi olduq. Qısa müddət ərzində görülən bu işlərin, əslində sözlə ifadə edilə bilməyəcək qədər nəhəng mahiyyəti var. Bu günlər, doğrudan da, Azərbaycanın ən şanlı və qürurlu günləridir. Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının özünüdərkinə səbəb olub".

C.Osmamov, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin xanımı ilə birgə Ermənistanın təxribatlarının artdığı bir dövrdə həmin ərazilərə səfərə getməsi əsl örnəkdir: "Bu, həmçinin Ermənistana da mesajdır ki, həmin torpaqlar bizim tarixi torpaqlarımızdır".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər