Azərbaycanın Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçıları-paracüdoçular Dürsədəf Kərimova və Xanım Hüseynova bacıdırlar.
Paralimpiya çempionlarımız ADPU dosentinin övladlarıdır
Pravda.az xəbər verir ki, onlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın övladlarıdır.
Qeyd edək ki, Xanım Hüseynova 63 kq, Dürsədəf Kərimova isə 70 kq-dan yuxarı çəki dərəcəsində paralimpiya çempionu olub.