Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Türkiyə Fələstin xalqının azadlıq mübarizəsinə dəstək verməyə davam edəcək

1 016
Paylaş:
Türkiyə Fələstin xalqının azadlıq mübarizəsinə dəstək verməyə davam edəcək

“Qüdsün tarixi və hüquqi statusunun mühafizəsi üçün səylərimizi artırmalıyıq”.

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər nazirlərinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Fələstin xalqının azadlıq mübarizəsinə bundan sonra da dəstək verməyə davam edəcək.

“İsrail və Fələstin arasında sülhü fələstinlilərdən daha çox heç kim istəyə bilməz. Qüdsün müdafiəsi üçün yaradılan İslam Əməkdaşlıq Təşkilatı 50-ci il dönümündə Qüdsü Fələstindən ayırmağı nəzərdə tutan plana qarşı ortaq və sağlam davranış nümayiş etdirə biləcəkmi? Bu sualı özümüzə verməliyik. Bütün dünyanın diqqəti bizə yönəlib. Bu gün birlik günüdür. Aramızda mövcud olan fikir ayrılıqlarını bir kənara qoyub, mövqelərimizi yaxınlaşdırmalıyıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində  fövqəladə iclas çağırıb. Bu gün keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər nazirləri Fələstin məsələsini və  ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək.APA

Paylaş:

Ən son xəbərlər