Rusiya Çinlə sərhədlərini bağladığı üçün Vladivostok mağazalarında xiyar və pomidor yoxa çıxıb.
Pravda.az-ın xəbərinə görə, regionda əsas riteyler şirkəti “Samberi”nin şəbəkəsində badımcan, xiyar və pomidor yoxdur. Hərçənd sərhədlərin bağlanmasından əvvəl gətirilən Çin soğanı və çuğunduru hələ satışda var.
“Samberi” mağazasının inzibatçısı deyib ki, satışda tərəvəzlər yoxdur, çünki Çin təchizatı dayandırıb. Primorye istehsalçıları isə xiyar və pomidorun qiymətini hər kiloqrama görə 550-600 rubla qədər qaldırıblar. Müqayisə üçün qeyd olunur ki, koronovirus epidemiyasına görə sərhədlərin bağlanmasından əvvəl mağazalarda Çin xiyarı və pomidoru cəmi 100-160 rubla satılırdı.