Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

1 449
Paylaş:
Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov iranlı həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:

Ən son xəbərlər