Bu gündən şənlik mərasimləri ilə bağlı qaydalara edilən dəyişiklik qüvvəyə minir.
Pravda.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara edilən dəyişikliyə əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.