Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev izah edib ki, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir.
Bu xəbərdarlıq cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar hesab edirlər ki, pandemiyanın və karantin rejiminin davam etdiyi vəziyyətdə belə bir addımın atılması əhalini yenidən çətin duruma sala bilər.
Məsələ barədə Modern.az-a danışan deputat Fazil Mustafa karantin cərimələrini ödəməyənlərin axtarışa verilməsinə etirazını bildirib.