Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti nəzdində Dəniz və Hərbi-Hava Akademiyasının məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxış edib.
Pravda.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Türkiyənin uğurlu inkişafına mane olmaq üçün müəyyən dairələrin niyyətlərinin perspektivsiz olduğunu bir daha bəyan edib.