Azərbaycan torpaqlarını işğaldan azad etməklə, həm də yeni tarix yazdı.
Bu gün artıq 30 ildir erməni işğalında qalan torpaqlar Azərbaycana birləşib. O torpaqlarda sürətli quruculuq işləri aparılır, müxtəlif beynəlxalq tədbirlər keçirilir. Son olaraq isə belə bir tədbir Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində baş tutdu. 39 ildən sonra Şuşada yenidən Vaqif Poeziya Günlərinin keçirilməsi özü də Azərbaycanın qazandığı böyük zəfərin bir göstəricisi idi.
Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxışı zamanı 44 günlük Vətən müharibəsindən danışıb.
“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”, - deyə Prezident bildirib.
44 günlük zəfər Azərbaycanı bölgənin söz sahibinə çevirməklə yanaşı, həm də tarixi ədalətin bərpası oldu.
Pravda.az-ın xəbərinə görə, Gələcək Azərbaycan Partiyasının (GAP) Ağasif Şakiroğlu açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsi Azərbaycana itirilmiş qüruru qaytardı:
“Bu savaşdan əldə olunan böyük naliyyətlər, Azərbaycanın dünya qarşısında onurunu yüksəltdi. Biz millət olaraq hər zaman əzilə-əzilə bu günə gəlib çıxmışıq. Bu millət Xocalı soyqırımı, Mart qırğınları yaşayıb. Vətən torpağının işğalda olması qeyrət, namus məsələsidir. Vətən savaşı da qeyrətimizə atılmış ləkənin təmizləmə əməliyyatı oldu. Bütün bu zəfərin fonunda Prezident İlham Əliyevin Qarabağa, Şuşaya intensiv səfərləri, orada beynəlxalq festivalların keçirilməsi, Füzuli hava limanının açılışı və digər məsələlər göstərir ki, Azərbaycan dünyada öz sözünü deməyə başlayıb. Prezidentin qətiyyəti, ordumuzun sücaəti, xalqın həmrəy olması 44 gündə Azərbaycanın itirilmiş qürurunu bərpa etdi”.
Partiya sədri əlavə edib ki, bu şanlı zəfəri Azərbaycan tarixində itirilmiş torpaqların geri qaytarılması baxımından ilk belə əməliyyat idi:
“Azərbaycan müxtəlif zamanlarda torpaqlarını itirib. Bunu bərpa etmək onur, qürur məsələsidir. Bu zəfər üzərimizə bir millət olaraq qoyulan bu yükün gələcək nəsillərə ötürməmək məsələsini həll etdi. Özümü xoşbəxt hesab edirəm ki, belə bir qürurlu tarixi yazılan dövlətin vətəndaşıyam və bu proseslərin baş verməsi məhz bizlərin gözü qarşısında baş verdi, bu tarixi proseslərə şahidlik etdik”.
Cebhe.info