Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Ermənistanın rəhbərliyi Cıdır düzündə araq içib təlxək kimi rəqs etdiyi halda..." - Deputat

1 313
Paylaş:
"Ermənistanın rəhbərliyi Cıdır düzündə araq içib təlxək kimi rəqs etdiyi halda..." -     Deputat

"Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqlarının mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğuna görə işğaldan əvvəl də Şuşanın harasına baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan. Ona görə də Şuşaya qayıdışımız mədəniyyətimizin qayıdışından başlanıb".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, erməni vandallığına məruz qalmış tarixi abidələr, o cümlədən Üzeyirin, Bülbülün, Natavanın, Vaqifin abidələrinə doğma Şuşada yenidən nəfəs qaytarıldı, Vaqif Məqbərəsi bərpa olunaraq özünün əvvəlki görkəmini aldı: "Şuşaya qayıdışımız Xarıbülübül musiqi Festivalı ilə başlandı və Vaqif Poeziya Günləri ilə davam edir.  Bu o deməkdir ki, Şuşa azərbaycanlıların tarixi şəhəri olduğuna görə birinci tariximiz və mədəniyyətimiz qayıdır. 30 avqustda Vaqif Poeziya günlərinin açılışında Prezident İlham Əliyevin geniş nitqində həm Şuşanın Azərbaycan üçün əhəmiyyəti ilə bağlı , həm də strateji əhəmiyyətli mesajlar səsləndirdi. Birinci mesajı Şuşanın tarixi ilə bağlıdır. Cənab Prezident qeyd etdi ki, Şuşa şəhərinin qurucusu Pənəhali xandır. Şuşanın təməli 1752-ci ildə Pənahəli xan qoymuşdur və biz gələn il Şuşanın 270 iliyini qeyd edəcəyik. Bu o deməkdir ki, Şuşanın tarixi ilə bağlı bütün faktlar azərbaycanlılara aiddir".

A.Badamov Prezidentin ikinci bir mesajı barədə də danışıb: "Ermənilər Şuşada öz tarixi bağlılıqlarını ifadə etməyə heç bir mənbə və fakta əsaslanmadığından Ermənistanın rəhbərliyi Cıdır düzündə araq içib təlxək kimi rəqs etdiyi halda, Azərbaycanın rəhbəri Cıdır düzündə Şuşanın tarixiliyini özündə əks etdirən Xarıbülbül Musiqi Festivalını keçirdi. İndi İsə Vaqif Poeziya Gülərini keçirir.. Digər bir mesaj isə ədalətin mövcudluğudur. Sadəcə ədaləti bərpa etmək üçün səbirli olmaq və çox çalışmağın vacibliyidir. Azərbaycanın müzəffər ordusu bu ədaləti bərpa etdi və bu gün Şuşa azaddır, yenidən öz sakinlərini gözləyir.

"Başqa bir məqam isə ermənilər 30 il ərzində  Şuşanın tarixini saxtalaşdırılmasına çalışsalar da, bir şeyin ortaya çıxmadığını və separatçı qurumun şeytanları üçün tikintisinə başladıqları şeytan yuvasını dağıtdığıtımızı qeyd etməklə separatçı ermənilər üçün Şuşada yer olmadığını bəyan etməsidir. Sovet ideologiyasına görə xanlıqların təbliğinə qadağa qoyulduğu bir dövrdə Qarabağ xanının vəziri olmuş dövlət xadimi və şair Molla Pənah Vaqifə məqbərənin qoyulması, Ulu Öndərin heç nədən çəkinməyərək Şuşanın Azərbaycan şəhəri olduğunu bəyan etməsi və o vaxtlar da Şuşaya olan ermənilərin iddiaların məhv edilməsi demək idi. Şuşa AXC-Müsavat cütlüyünün xainliyi nəticəsində ermənilərə verildi, amma müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz geri qaytardı və bu gün yeni ruh verilir. Şuşanın ermənilərə verilməsi Ermənistanın Dağlıq Qarabağla coğrafi bağlantısını yaratdı və digər ərazilərimizin də işğal olunmasına yol açdı. Şuşa yenidən qurulur və dünyanın ən gözəl şəhərinə çeviriləcək. Şuşada məscidlər, tarixi abidələr bərpa olunur. Tarixini və milli  mədəniyyətini özündə əks etdirməklə hazırlanmış şəhərin baş planına uyğun yaşayış massivləri, otellər, kongres zalı, sanatoriya və digər vacib infrastruktur yaradılacaq. Şuşa heç vaxt erməninin olmayıb. Hətta işğal altında olduğu 28 ili ərzində də ermənilər nə qədər Şuşada milli mədəniyyətimizi və tariximizi dağıtmalarına  çalışsalar da, özününkiləşirə bilmədilər. Şuşa, sadəcə, 28 illik əsirlikdə oldu, amma hər zaman ruhu Azərbaycanla döyünürdü. Şuşa həmişə Azərbaycanın olub və həmişə də olacaq. Şuşa sən azadsan! Biz qayıtmışıq! Qarabağ Azərbaycandır!"- deyə deputat vurğulayıb.

Paylaş:

Ən son xəbərlər