ABŞ-ın Azərbaycandakı Səfirliyi Kabil aeroportunda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.
ABŞ Səfirliyi Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarına təşəkkür etdi
Pravda.az-ın xəbərinə görə, bu barədə Səfirliyin “Facebook” hesabında bildirilib.
“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!”, - deyə qeyd olunub.