“Hansısa gözə görünməz qüvvə Azərbaycanda hadisələri qarışdırmaqla məşğuldur”.
Bunu Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın xan Əbilov uşaqpulu verilməsinə qarşı çıxması ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib.
Sosial şəbəkələrdə tənqid hədəfinə tuş gələn A.Əbilov çıxışının trollar tərəfindən məqsədli şəkildə gündəmə gətirilməsindən gileylənib.
“İki həftə əvvl iqlim böhranı və ətraf mühitin qorunması ilə bağlı feysbukda canlı yayımda səsləndirdiyim bir çox fikirlər kənarda qaldı. Çıxışımdakı obrazlı ifadəni trollayıb, sosial şəbəkə və internet sayıtlarında tirajlayan qüvvələrin kim olması ilə dövlət qurumları maraqlanmalıdır. Əhalinin artımı və ətraf mühitin məhv edilməsində insan faktorunun səbəblərinin izahatını vermişəm. Kür çayında suyun azalması, Neftçalada susuzluğun olması, son vaxtlar meşə yanğını və zəlzələlərin baş verməsi haqqında danışmışam. Obrazlı olaraq demişəm ki, uşaq pulunu tələb etmək və insanları tənbəlləşdirmək olmaz. Uşaq pulu motivasiya verir ki, əhali daha da çox artsın. Çində milyard yarım insan var, bunun bir milyardı evlənsə, gələn il yeni bir milyardlıq artım olacaq. 70-ci ildən bəri insaanların sayının həddindən artıq artması, təbii resursların məhv edilməsinə təbiət də dözmədi. Ya müharibə formasında, ya da pandemiya xəstəliklər şəklində insanlarla mübarizəyə başlandı. Kəskin bir ifadə işlətmişəmsə, bundan yapışıblar. Dövlətçiliyin mövqeyində duranları, tanınmış ictimai- siyasi xadimləri, ziyalıları aşağılamağa çalışırlar”.