Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Paşinyan SOROS məktəbinin davamçısıdır” - "Ermənilər həmişə həm Qərbə, həm də Rusiyaya oyun oynayıblar" - RƏY

1 550
Paylaş:
“Paşinyan SOROS məktəbinin davamçısıdır” - "Ermənilər həmişə həm Qərbə, həm də Rusiyaya oyun oynayıblar" -   RƏY

"Ermənistanın bugünkü rəhbərliyi, yəni Nikol Paşinyan SOROS məktəbinin davamçısı, SOROS proqramının icraçısıdır. Paşinyan və onun ətrafındakılar SOROS təşkilatının hakimiyyətə gətirdiyi, maliyyələşdirdiyi adamlardır. Bəzi hallarda Ermənistanın Rusiyadan üz döndərdiyi və qərbyönümlü siyasət yürütdüyünə dair fikirlər səsləndirilir, lakin mən bu deyilənlərlə bir sıra səbəblərdən razı deyiləm".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Elman Məmmədov

Parlament üzvü bildirib ki, bu məsələ ilə bağlı bir sıra danılmaz həqiqətlər var: "Ermənistan yaradıldığı gündən bu günə qədər Rusiyaya sığınıb və daim Rusiya tərəfindən himayə olunub. Hesab edirəm ki, Ermənistanın mövcud olduğu bütün dövrlərdə bu proses belə də davam edəcək. Çünki erməniləri dünyanın müxtəlif ölkələrindən köçürərək indi “Ermənistan” adlanan ölkəyə gətirən bir neçə ölkədən başlıcası Çar Rusiyası olub. Bu proses uzun illər, hətta 200 ildən çox davam edib. Onlar köçürülərək Azərbaycanın tarixi torpaqlarında məskunlaşdırılıblar. Bu məskunlaşma prosesində Çar Rusiyası o qəfər can-fəşanlıq edirdi ki, hətta öz xəzinəsindən pul ayırırdı. Ermənistan elə Sovet dövründə də Moskvanın sevimlisi olub və daim müdafiə edilib. Bu gün müstəqil Rusiya Federasiyası ənənəni davam etdirir. Ermənilər tarix boyu bic və hiyləgər olublar. Həm Qərbə, həm də Rusiyaya oyun oynayıblar. Qərbdən də maliyyə dəstəyi alan ermənilər Rusiyadan öz qalxanları kimi istifadə ediblər. Yəni Ermənistanda Qərbə meyillik olsa da, biz deyə bilərik ki, o nə vaxtsa Rusiyadan uzaqlaşacaq. Ermənistan Rusiyanın qucağında möhkəm oturub, Rusiya da onu öz övladı kimi bərk-bərk qucaqlayıb. Bugünkü hadisələr dediklərimin təsdiqidir. Ermənistanın Rusiyanın qucağından düşmək fikri yoxdur".

Paylaş:

Ən son xəbərlər