Bəzi insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını daha tez bilmək üçün apteklərdə satılan nisbətən ucuz testlərdən istifadə edirlər.
Pravda.az-ın məlumatına görə, vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahat olmasıdır.
Əzaçılar da son günlər COVID-19 virusana yoluxanların sayının artması ilə bu testlərə marağın daha çox olduğunu bildiriblər. Hətta bəzi apteklərdən bildirdilər ki, testlər tez satıldığı üçün gündəlik depolardan sifariş verirlər. Əçzaçıların sözlərinə görə, testlərin istifadə qaydası da olduqca rahatdır.
Bu testlərin qiymətləri isə firma və istehsal ölkəsinə görə dəyişir.