BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhaliyə özəl xəstəxanalarla bağlı çağırış

"Əslində mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlardan əvvəl konsiliumlar keçirilməli, ciddi məsləhəhtləşmələr aparılmalı, əməlliyatı aparan həkimin kompetensiyası müəyyən edilməli, ehtiyac olduqda isə əməlliyata təcrübəli mütəxəssislər cəlb olunmalıdır".

 

Pravda.az xəbər evrir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır sualına cavab verərsən deyib.

 

Onun sözlərinə görə, əgər bir təcrübəsiz həkimin məsuliyyətsizliyi üzündən baş verən ağırlaşmalar təkrarlanarsa, o zaman o həkimin fəaliyyətinə mütləq məhdudiyyət qoyulmalıdır:

 

"Ümumiyyətlə, böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının məhdud fəaliyyət dairəsinə malik olan özəl xəstəxanalarda icrası məqsədəuyğun deyildir. Digər bir problem, bəzi həkimlərimiz tərəfindən xəstələrin sanki özəlləşdirilməsidir. Bu tipli həkimlərimiz xəstəsini ətrafında olan həkimlərlə məsləhətləşməkdən çəkinirlər. Əslində belə həkimlər dərk etməlidirlər ki, məsləhətləşmələr, hətta kənardan mütəxəssislərin dəvət olunması onların özləri üçün faydalıdır. Sevindirici haldır ki, ölkəmizdə çox böyük elmi potensiala və kliniki təcrübəyə malik olan dosentlərimiz və professorlarımız vardır. Gənc, eyni zamanda kliniki təcrübəsi az olan həkimlərimiz bilsinlər ki, biz hər an onların çağırışlarına gəlməyə və yardımçı olmağa hazırıq".

Tarix: 2 Sentyabr 2021, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin