BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilər belə davam edərlərsə, “dəmir yumruğu” görəcəklər” - RƏY

“Bu gün separatçı rejim "müstəlliyini" qeyd edir. Guya ermənilərin "Artsax" adlandırdıqları yer nə vaxtsa müstəqil olub. Hər kəs bilir ki, onlar heç vaxt müstəqil olmayıblar. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra separatçı rejimin muxtariyyətindən söhbət gedə bilməz”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Eldar Quliyev

 

Deputat bildirib ki, bu mövzu ilə bağlı gündəmi izləyir: “Aydın olur ki, Ermənistanın baş naziri də heç “ad günü”ndə iştirak edə bilmir. Allah bilir, harda dincəlir, yeyib-içməkdədir. Yəni hökumət tədbirə qoşulmur, xalq yığılmır. İndi 2-3 nəfər erməni dığası yığışıb “müstəqillik” qeyd edirsə, öz işləridir. Bu, arxadan atılan daşı xatırladır, yəni heç bir əhəmiyyəti yoxdur. Erməni xalqının, erməni diasporunun gözündə özlərini yaxşı göstərmək istəyirlər. Yəqin ki, belə “mərasim”lərin təşkili üçün müəyyən qurumlardan maliyyə yardımı alırlar. İndi onlara sübut edirlər ki, təşkilatçılıq işləri həyata keçirilib. Ötən gün oxuyuram, Ermənistan iqtisadi göstəricilərlə bağlı statistika paylaşıb. Guya bunlar Azərbaycanı üstələyiblər. Ermənistan həmişə fərziyyələrlə yaşayırlar. Əgər belə davam edərsə, təxribatlardan əl çəkməzlərsə, əlbəttə ki, “dəmir yumruğu” görəcəklər”.

Tarix: 2 Sentyabr 2021, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin