BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başladı: Sentyabrın 12-dək...

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

 

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

 

Tarix: 2 Sentyabr 2021, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin