Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

İlham Əliyev Şri-Lankanın Prezidentini təbrik etdi

1 198
Paylaş:
İlham Əliyev Şri-Lankanın Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti  Qotabaya Racapaksaya təbrik məktubu göndərib.

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm”.

Paylaş:

Ən son xəbərlər