Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd olunub.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər Bayramı qeyd olundu
Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzində 30 Avqust Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü münasibətilə bayram proqramı keçirilib.