TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün ayrılmış xəstəxanalarda aparılan müalicə işi ilə bağlı növbəti onlayn görüş keçirib.
TƏBİB-dən verilən məlumata görə, görüşdə TƏBİB-in müavifiq struktur bölmə rəhbərləri və əməkdaşları, virusla mübarizə tədbirlərinə cəlb edilmiş xəstəxanaların rəhbərləri iştirak edib.