“İlk dəfə olaraq Ermənistan rəhbərliyi "müstəqillik günü" münasibətilə Qarabağa getmədi. Bunun səbəbini Ermənistan rəhbərliyinin qorxu və narahatlığında axtarmaq lazımdır”.
Pravda.az xəbər verir ki, bunu erməni siyasi ekspert Tevan Poqosyan deyib.
“Necə deyərlər, iki qorxu - bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar”, - Poqosyan bildirib.