Qondarma rejiminin qalıqlarının "müstəqillik günü" nü qeyd etmək üçün heç bir Ermənistan hökumətinin üzvü Qarabağa getməyib. Bu barədə "Radio Azatutyun" yazır.
Baş nazir Nikol Paşinyanın Qarabağa niyə getmədiyini soruşduqda, hökumət aparatının mətbuat xidməti qısaca cavab verib: baş nazir 31 avqustdan bəri üç günlük məzuniyyətdədir.
Hökumət iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib. Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb.