BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda rus bölməsi üzrə ölkədə kadr çatışmazlığı var - RƏSMİ

“Azərbaycan bölməsində bəzi fənlər üzrə bütün vakant yerlər tutulub”.

 

Pravda.az-ın məlumatına görə, bunu İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı çıxışında deyib. O bildirib ki, bəzi fənlər üzrə isə yerlərin 90 faizindən çoxu tutulub: “Rus bölməsi üzrə ölkədə kadr çatışmazlığı var. Bu bölmədə bəzi fənlər üzrə vakant yerlərin 85 faizindən çoxu tutulub. Vakansiyaya yerləşmiş namizədlərin orta balı ibtidai sinif üzrə yüksəkdir. Tarix, Azərbaycan dili, Coğrafiya fənlərindəki vakant yerləri tutmuş yüksək ballı namizədlər də çoxdur. Digər fənlər üzrə də nəticələr o qədər pis deyil. Sonuncu pillədə isə İngilis dili fənni üzrə bal toplayan şəxslərdir. Bunun da səbəbləri var. Bu il bu fənndə sualların ağırlıq dərəcəsi ötən ildən fərqli idi”.

Tarix: 3 Sentyabr 2021, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin