"Kaspi" qəzetinin kollektivi Prezident İlham Əliyevə müraciət edib.
Pravda.az-ın xəbərinə görə, "Kaspi.az" saytında yerləşdirilən müraciətdə bildirilir ki, fevralın 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısı üçün qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Müraciətdə təəssüflə qeyd olunur ki, KİVDF "Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib: "Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə? Hazırda "Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır". Müraciətdə xatırladılır ki, 1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə qoyulub, hazırda gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir.
Müəlliflər Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi olduğunu, bundan başqa 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq etdiyi vurğulayır: "Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. Qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən kaspi.az internet resursu da on-line fəaliyyət göstərməkdədir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış artkaspi.az saytımız mövcuddur. 2019-cu ildə qəzet 3800 tirajla çıxıb".
Müraciətdə qeyd olunur ki, qəzetə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə onlara heç bir məlumat verilmir: "KİV DF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur".
"Kaspi" qəzetinin kollektivi Prezidentdən xahiş edir ki, qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardım etsin.
Xatırladaq ki, “Kaspi” və “Kaspiy” qəzetlərinin rəsmi sahibi Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Bu qəzetlər onun həyat yoldaşı Sona Vəliyeva tərəfindən idarə olunur.
17 Oktyabr 23:50
17 Oktyabr 23:43
17 Oktyabr 23:38
17 Oktyabr 23:20
17 Oktyabr 21:50
17 Oktyabr 20:55
17 Oktyabr 20:04
17 Oktyabr 18:54
17 Oktyabr 18:12
17 Oktyabr 17:33
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
Ən son xəbərləri səhifəmizdən də izləyin