BURADA REKLAMINIZ OLA
BİLƏR

Pənah Hüseyn: “Deputat Ramin Məmmədov deyir ki, cənab Allah günahkardır, havanı isti edib...”

“Sabirabadda su ilə bağlı çox ciddi problemlər yaranıb. Sabirabaddan seçilən deputat Ramin Məmmədovun yazısını oxudum, məəttəl qaldım. Bilmirəm, ərazidə olub, ya yox. Kimliyindən də xəbərsizəm, tanımıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

 

“Yazını, sanki, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC yazıb. Sən demə, hamının günahı varmış... Deyir ki, cənab Allah günahkardır, havanı isti edib, insanlar günahkardır, suyu bölüşdürə, qənaətlə istifadə edə bilmirlər, təbiət günakkardır, quraqlıqdır və s. Bir kəlmə də olsun motorların işləməməsindən yazmayıb. Sovet dövründə necə olur ki, bundan 10 qat artıq əkin sahələri suvarılırdı, arxlar, kanallar su ilə dolu olurdu, indi isə... Doğrudur, su problemi var, Kür və Araz çayları dayazlaşıb. Amma hazırda Sabirabadın torpaqlarını suvarmaq mümkündür...” – P.Hüseyn qeyd edib.

 

Kənan

Tarix: 3 Sentyabr 2021, 22:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin