COVID-19-a yoluxan şəxslərin həkimə gec müraciət etməsi və ev şəraitində yalnış müalicə alması gənclər arasında ölüm hallarının artmasına səbəb olur.
Pravda.az-ın məlumatına görə, bunu T"BIB-in nümayəndəsi Nəzrin Mustafayeva deyib.
O bildirib ki, yoluxma sayı artdıqca əhalinin bütün yaş qruplarında yoluxma faizi də artmış olur. Eyni zamanda, ölüm hallarının kəskin artması da müşahidə olunur. Bunun da bir neçə səbəbi var.