Xəbər verdiyimiz kimi, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv şəkildə atəşə tutulub. Onlar bunu etməklə nəyə "nail olmağa" çalışırlar? Məqsədləri nədir? İntihar yoxsa...? Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Aqil Abbas bildirib ki, sülhməramlılar, oradakı ermənilərə "yengəlik" edir: "Bir məsəl var. İt niyə hürür və niyə quyruğunu bulayır? Hürür ona görə ki, qorxutmaq istəyir, quyruğunu bulayır, çünki özü də qorxur. İndi Sülhməramlıların müvəqqəti yerləşdiyi keçmiş Dağlıq Qarabağ ərazisindən bizi atəşə tuturlarsa, bu, həmin sülhməramlıların günahı, məsuliyyətsizliyi və oradakı erməni diversantlara göstərdiyi köməkliyidir. Ona görə də kim bizə atəş açırsa, istər rus sülhməramlılarının yanından olsun, istərsə də kənardan, həmin kəslər, fikrimcə, yerindəcə susdurulmalıdırlar.
Onların məqsədi yenə provokasiyadır. Ermənilər çox gözəl bilirlər ki, biz də onlara cavab atəşi açsaq, sülməramlılara dəyəcək. Nəticədə bu, başqa səbəblərə gətirib çıxaracaq. Bir daha qeyd edirəm, bunlar provokasiyadır və ruslar emənilərin "yengə"ləridir. Məsələ qəti şəkildə həll olunmalıdır.