BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali məktəblərin vakant yerlərinə ixtisas seçimi aparılacaq

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Məlumata görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

 

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Tarix: 4 Sentyabr 2021, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin