Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik etdi

1 548
Paylaş:
İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik etdi

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.

Pravda.az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”,-deyə Prezident İlham Əliyev qeyd edib.

Paylaş:

Ən son xəbərlər