BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaq — Bu tarixdə

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində fəal işləyir.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bu günlərdə hökumət aparatında, xüsusən də Xarici İşlər Nazirliyində sülh müqaviləsinin imzalanmasına hazırlıqla əlaqədar fəal iş aparılır. Paşinyanın tapşırıqlarına əsasən Xarici İşlər Nazirliyi hökumət aparatı ilə bərabər belə bir sənəd üçün presedentlər tapmağa çalışır və bu məqsədlə dərin araşdırma aparır. Eyni zamanda hökumət sülh sazişinin imzalanmasından əvvəl mümkün danışıqlara hazırlaşır.

 

Mətbuatın yazdığına görə, proses Kremlin bilgisi və iştirakı ilə həyata keçirilir. Müzakirələr isə oktyabr ayında başlaya bilər.

 

Sonda qeyd olunur ki, sülh müqaviləsinin imzalanması Ermənistanın yeni güzəştlərə hazır olduğunu göstərir.

Tarix: 4 Sentyabr 2021, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin