BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət və mühüm vəzifələr düşür” - Adil Əliyev

“Təhsil hər bir millətin gələcəyi, xalqın firavanlığının, dövlətin isə qüdrətinin təminatçısıdır. Bu gün Azərbaycanda da təhsilin inkişafı - qara qızılın intellektual kapitala çevrilməsi milli tərəqqinin əsas strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu kontekstdə Azərbaycan gəncliyinin üzərinə də böyük məsuliyyət və mühüm vəzifələr düşür. Eləcə də yeni tədris ilində tələbə adı qazanan gənclərimiz Azərbaycanın aydın sabahı - parlaq gələcəyi üçün yüksək potensiala malikdirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev bildirib.

 

“İnanırıq ki, Azərbaycan gəncliyi bundan sonra da yüksəkkeyfiyyətli təhsil alaraq, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda yetişərək həm milli hədəflərimizin gerçəkləşməsinə mühüm töhfə verəcək, həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər. Tələbə adını qazanan bütün övladlarımızı səmimi-qəlbdən təbrik edir, onlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər diləyirəm!” – A.Əliyev qeyd edib.

Tarix: 4 Sentyabr 2021, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin