Mətbuatda yayılan məlumatlara görə, Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov özünün "trol ordusu"na 50 milyon manat pul xərcləyib. İddialara görə, Həsənov həmin şəxslər vasitəsilə özünün və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin əleyhdarlarına qarşı kampaniya aparıb, mətbuatda, sosial şəbəkələrdə onları söydürməklə məşğul olub. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında Ramiz Mehdiyevin repressiyalarına ilk məruz qalanlardan olduğunu deyib:
“2010-cu ildə "Xural" qəzetində Ramiz Mehdiyev haqqında 2 səhifəlik müsahibəm getmişdi. Orada Ramiz Mehdiyevin Moskvada İlham Əliyevin əleyhinə təbliğat apardığını demişəm. Bütün təbiğat aparanlarında başında həmişə Ramiz Mehdiyev dayanıb. Ona qarşı çıxandan sonra məni həbs elətdirməyə çalışdı. Lakin bacramadı. Əvəz Zeynallını həbs elətdirdi. Ramiz Mehdiyev o oyunlarla məşğuldur. O istəmirdi ki, kimsə onun oyunlarını açsın.