BURADA REKLAMINIZ OLA
BİLƏR

Ənvər Əfəndiyev “Tank biatlonu”nun finalını izləyir

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir. Bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.

Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.

Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən tankçılarımızın uğurlu çıxışını izləyir.

Tarix: 4 Sentyabr 2021, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin