BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərid Mansurovdan şikayət: “Məmur kimi pis nəticə göstərir”

“İllərdir, həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərirəm. Beş ildir ki, Gənclər və İdman Nazirliyi məni yola verir. Nazirliyin İdman şöbəsinə dəfələrlə müraciət etmişəm. Şöbə müdiri Fərid Mansurov müraciətlərimi cavabsız qoyur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Kung-Fu Federasiyasının qadın millisinin baş məşqçisi, dünya çempionu Anar Süleymanlı bildirib.

 

A.Süleymanlı qeyd edib ki, F.Mansurov vaxtilə idmançı kimi yaxşı nəticə göstərsə də, hazırda məmur kimi pis nəticə göstərir: “Adam vəzifəyə təyin olunandan qeyri-olimpiya növləri ilə məşğul olan məşqçilərin fəaliyyətini axsatmağa çalışır. Bizi şantaj edirlər. Tutaq ki, onlara irad bildiririksə, federasiya rəhbərləri ilə əlaqə saxlayaraq şantaj edirlər. İstədiklərini edirlər, nailiyyətlərimizi aşağılamağa çalışırlar. Fəxri ad tələb edəndə deyirlər ki, qeyri-olimpiya növüdür də... Bu, idmançıya yaraşmayan hərəkətdir. Dəfələrlə nazirliyə müraciət etmişik ki, bu məsələlər aradan qaldırılsın. Dövlət idmana qayğı göstərir, Fərid Mansurovun özünə də qayğı göstərilib. İndi isə məmur qismində baltalamağa çalışır”.

 

A.Süleymanlı qeyri-hökumət təşkilatı yaratmaq istədiyin bildirib: “Ədliyyə Nazirliyinin münasibəti müsbətdir. Sadəcə, Gənclər və İdman Nazirliyindən rəy tələb olunur. Onlar da rəy vermirlər. Xahiş edirəm, bu cür süni əngəllər aradan qaldırılsın”.

 

Fərid Mansurovun da mövqeyini dərc etməyə hazırıq.

 

Kənan

Tarix: 4 Sentyabr 2021, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin