BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaçaqları Fərəc Quliyevin babası satıb, onlar da kişinin qulaqlarını kəsiblər" - SENSASİON AÇIQLAMA

Jurnalist Eynulla Fətullayev deputatlığa namizəd Fərəc Quliyevin babası ilə bağlı sensasion faktı açıqlayıb.


Pravda.az-ın xəbərinə görə, E.Fətullayev deyib ki, ordubadlılar Fərəc Quliyevin babası haqqında maraqlı və düşündürücü hadisə nəql edirlər:

"1930-cu illərdə Ordubadda hələ də Sovetləri qəbul etməyib, silaha sarılan qaçaq bəylər mübarizə aparırmış. Ara-bir İrana keçib, qayıdıb yeni quruluşa qarşı partizan müharibəsi taktikasında. istifadə edirmişlər. Lakin günlərin bir günü NKVD-nin cəsusu Quliyevin babası qaçaqların gizləndiyi yeri göstərir, onları satır. Qaçaqlar silahlı müqavimət göstərir, çoxu döyüş meydanında qəhrəmancasına həlak olur. Digərləri həbs olunur və sürgünə göndərilir. Onlardan biri and içir ki, nə zamansa satqını cəzalandıracaq. İllər keçdikdən sonra qaçaqların biri sürgündən Ordubada qayıdır... Və Fərəc Quliyevin babasını yaxalayır, qulaqlarını kəsir, mismarla ağaca taxır... özünü isə öldürür... Genetikaya dərin inam və ehtiramla!"

Tarix: 3 Fevral 2020, 22:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin