BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Füzuli beynəlxalq hava limanına test uçuşlarının qısa zamanda həyata keçirilməsi ağlasığmaz bir hadisədir”

“Nəhəng “Qarabağ” sərnişin təyyarəsinin və “Boeing 747-400” tipli hava gəmisinin Füzuli beynəlxalq hava limanına test uçuşlarının həyata keçirilməsi (çox qısa bir zamanda, yəni 6-7 aya) ağlasığmaz bir hadisədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

R.Quliyev qeyd edib ki, bu iki ən ağır təyyarənin uçuş zolağına düşməsi və qalxması hava limanının istənilən hərbi və sivil təyyarəni qəbul edə biləcəyinə sübutdur: “Bakıdan 35, Gəncə və ətrafından 25 dəqiqəyə Fizuli aeroportuna uça bilən təyyarələr gündə ən azı 40 tank müharibə zonasına daşıya bilər. Bir günə bir diviziya bütün sursat və texnikası ilə Qarabağın mərkəzinə çatdırıla bilər. Bu hava limanının açılışı Azərbaycanın çox böyük uğurudur. Bu layihəni həyata keçirmiş Prezident İlham Əliyev başda olmaqla, mütəxəssislərdən, fəhləyə qədər böyük şücaət göstəriblər, eşq olsun. Ermənistan rəhbərliyi onlar üçün çox qorxunc olan bu siqnalı da başa düşməsə, hadisələrin gələcək inkişafının məsuliyyətini öz üzərlərinə götürür. Rusiyanın bu ölkəyə kömək etmək və Ermənistanı xilas etmək şansı sıfıra bərabərdir. Rusiya Ermənistana görə Türkiyə və Azərbaycanın güclü orduları ilə vuruşmağa risk etməz, çünki məğlub olacaq. Təbii ki, Avropa İttifaqı və ABŞ Türkiyə və Azərbaycanı dəstəkləyəcək. Ona görə Paşinyan Rusiyadan qorxmamalı və düzgün qərar qəbul etməlidir. Ermənistan bunu anlayır, ancaq görüşməyə can atmır. Nə üçün? Paşinyan və komandası bu görüşdə birinci olaraq Dağlıq Qarabağ və ermənilərin statusunu müzakirə etməyi zəruri hesab edir. Çünki Rusiya və öz daxilindəki millətçilərdən qorxurlar. Rusiya Federasiyasının prezidenti keçmiş sovetdən qalmış respublikaların (6-sından başqa) heç birinin onun icazəsi olmadan addım atmasına imkan verməyəcəyini artıq dəfələrlə elan edib. Ermənilər  onu da bilirlər ki, Qarabağ məsələsini qaldırsalar, Prezident İlham Əliyev danışıqları dayandıracaq. Onlar isə bu məsələni qaldırmamaqdan qorxurlar. Ancaq səhv edirlər. Ermənistan xalqını bu gün Qarabağ yox, Azərbaycanla sülh və əmin amanlıqda yaşamaq maraqlandırır. Ermənistan tezliklə düzgün addımlar atmalıdır. Türkiyə və Azərbaycanla müqavilə imzalamalıdır”.

Tarix: 5 Sentyabr 2021, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin