BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə getdi

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.

 

Pravda.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindəki mənbə “Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.

 

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

 

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.

 

APA

Tarix: 6 Sentyabr 2021, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin