Rəsmi məlumatlara əsasən, ölkədə 5 milyona yaxın məşğul insan var. İşsizlərin sayı isə 300 mindən bir qədər çox göstərilir. Bəzi müşahidəçilər hesab edir ki, məşğul insanlardan qalanları (təqribən 3 milyon) işsiz deyilsə, deməli qeyri- rəsmi məşğuldur.
“Azərbaycanda insanların gələcəkdə pensiya almaq imkanları xeyli dərəcədə qaranlıqdır”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlər deyib ki,son 3 ildə əmək müqavilələrinin sayında artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2021-ci il iyulun 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 faiz azalaraq 1690,6 min nəfərə düşüb.
Rəsmi məlumatlara əsasən, ölkədə 5 milyona yaxın məşğul insan var. İşsizlərin sayı isə 300 mindən bir qədər çox göstərilir. Bəzi müşahidəçilər hesab edir ki, məşğul insanlardan qalanları (təqribən 3 milyon) işsiz deyilsə, deməli qeyri- rəsmi məşğuldur.
Sadalananlar hökumətin muzdla işləyənləri nədən rəsmiləşdirə bilməməsi və bu insanların gələcəkdə pensiya alıb-almayacağı suallarını doğurur.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc AzadliqRadiosunun bu barədə danışarkən bildirib ki, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs əmək müqavilələrin sayının artmasını təqdir edir. Onun fikrincə, işə götürən və işçi arasında münasibətlərin hüquqi müstəviyəçıxması, təkcə kölgə iqtisadiyyatına, vergidən yayınma hallarına deyil, eləcə də tərəflərin hər birinin sosial vəziyyətinə müsbət təsir edir, əks halda hökumət real iqtisadi gələcəyini formalaşdıra bilmir:
“ Ötən dövrdə Milli Məclisdə parlamentarilər hökuməti məhz inhisarçılıq sahəsində təsirli tədbirlər görməyəçağırarkən, daha çox “ikili mühasibat”lıq kimi xarakterizə edilən, biznes əxlaqına və dövlət intizamına zərbə vuran halların aradan qaldırılmasıüçün təxirəsalınmaz tədbirlər görməsini tələb edirdi”.
Deputat deyir ki, son 3 ildə əmək müqavilələrin 200 mindən çox artması legitim, qanuni və xalq iqtisadiyyatı yaradılması yönündə yaxşı tədbirdir:
“Hərtərəfli iş aparmağı tələb edir”
“Lakin nəzərə alsaq ki, muzdla işləyənlərin ümumi sayı yuvarlaq götürsək, 1.8 milyona yaxındır. Əmək qabiliyyətli əhalinin isə 5.5 milyonluq böyük bir ordunu təşkil etməsi ortada az qala iki dəfəlik fərqin hansı sahələrdə hələ də rəsmiləşmədiyi üzərində hərtərəfli iş aparmağı tələb edir”.
Zahid Oruc vurğulayır ki, ötən il dünya iqtisadiyyatında yaşanan dərin böhrana baxmayaq, bir sıra ölkələrdə, o cümədən Azərbaycanda “əmək müqavilələri”nin sayı artıb. Onun fikrincə, bu, həm də dövlət rəhbərinin ötən il 19 mart tarixli sərəncamı ilə dövlət və özəl sektorda çalışanlara müxtəlif xarakterli yardımların göstərilməsi qərarı ilə birbaşa bağlıdır:
“ Belə ki, əksər işə götürənlər münasibətləri rəsmiləşdirməsələr müəyyən yardımlar ala bilməyəcəklərini dərk edirdilər. Yəni, belə artım yeni iş yerlərinin yaradılması ilə bağlı deyil. Şübhəsiz, özəl sektorda əmək haqlarının vergidən azad olunması yaxşı tədbirdir, bununla belə onların 25 faizə qədər sosial ödəmə yükü qarşısında olması müxtəlif yayınmalara səbəb olur və nəticədə dövlət-vətəndaş duetinin hər ikisi itkiyə məruz qalır.”
Deputat qeyd edib ki, xidmət, ya mülki müqavilələr öz xarakterinə və tənzimlədiyi, əhatə etdiyi hüquqi səlahiyyətlərə görəəmək müqavilələri ilə müqayisə edilə bilməz:
“Yeni proqramlara ehtiyacı var”
“Ona görə də hökumətin postpandemiya dövrü üçün iqtisadiyyatı güclü bərpa və inkişaf relslərinə daşınması üçün yeni proqramlara ehtiyacı var. İşsizliyin arması təkcə sosial gərginliiyə təsir göstərmir, eləcə də onun müxtəlif hüquqi və kriminogen nəticələri də tarixdən hamımıza bəllidir”.