BURADA REKLAMINIZ OLA
BİLƏR

“Füzuli beynəlxalq hava limanının tikintisi ermənilərə və onların havadarlarına mesajdır” - RƏY

"Füzuli Beynəlxalq Hava Limanının açılışı mühüm əhəmiyyətə malikdir. Bir neçə ay ərzində beynəlxalq səviyyəli hava limanının, xüsusilə 30 il işğalda qalmış, ermənilər tərəfindən viran qoyulmuş bölgədə qurulması tarixi hadisədir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

 

Parlament üzvü bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının həm sərnişin və yükdaşıma, həm də hərbi strateji baxımdan mühüm əhəmiyyət kəsb edir: "Nəzərə almaq lazımdır ki, bu hava limanı beynəlxalq standartlara uyğun qurulub. Yəni Azərbaycanın xarici ölkələrlə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu, ermənilərə və onların havadarlarına mühüm mesajdır. Ermənilər bu torpaqları 30 il işğalda saxlayıblar və iddia ediblər ki, bizim ərazilərdir. Doğrudan da, elə idisə, niyə bu torpaqlarda bircə dənə də olsun ağac əkməmisiz?! Əksinə, hər şeyi dağıdıb, viran qoyublar. Murdarlayıblar. Biz isə 8 ay ərzində beynəlxalq səviyyəli hava limanı qurub istifadəyə vermişik. Fərq budur. Bakıdan yola düşən təyyarə 35 dəqiqə sonra Füzuli beynəlxalq hava limanına eniş edir. Vaxt itkisinin qarşısını almaq, rahatlıq üçün, həmçinin gediş-gəlişi asanlaşdırmaq baxımından çox yaxşıdır. Nəzərə almaq lazımdır ki, Füzulidən Şuşaya da təxminən 1 saatlıq yol var. Füzulidən Şuşaya yol isə Zəfər yoludur. Bütün mənalarda Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi faydalı və əhəmiyyətlidir".

 

Nəzrin Cavid

Tarix: 6 Sentyabr 2021, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin