Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov tələbələrə müraciət edib.
Rektor tələbələri fermerlərin yanına göndərdi: "İki gündür, istirahət edirsiniz…"
Pravda.az-ın xəbərinə görə, rektor müraciəti zamanı tələbələrə fermerlərlə görüşmək təklifini edib: "Əziz tələbələr, artıq 2 gündür istirahət edirsiniz, istirahətinizi xoş keçirin, qarşıda yaz semestrinin dərsləri durur. Amma xahiş edərdim ki, rayonlarınızda olan DAİM-lərə gedin, tanış olun, onlar sizləri tanısın. İxtisaslarınıza uyğun olaraq fermerlərlə görüşün 1 fermer-1 tələbə layihəsini bir yerdə müzakirə edin, bir yerdə fəaliyyət imkanlarını müzakirə edin. Sonda bir daha yaxşı istirahət arzulamaqla bizim salamlarımızı valideynlərinizə, böyüklərinizə çatdırın. Tezliklə doğma universitetdə görüşənədək".