ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayev Ermənistanda səfərdədir.
Pravda.az-ın məlumatına görə, bu gün o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Ermənistan XİN görüşün digər detallarını açıqlamayıb.
Qeyd edək ki, İ. Xovayev avqustun 31-də Bakıya səfər edərək, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.
Rusiyalı yeni həmsədr Ermənistana səfər etdi